tehsil_xeberleri_metn Yeni təhsil qanununda yeniliklər olacaqmı? - Təhsil xəbərləri

Yeni təhsil qanununda yeniliklər olacaqmı?

Yeni təhsil qanununda yeniliklər olacaqmı?

"Ali təhsil haqqında" yeni qanun layihəsi Milli Məclisin Elm və təhsil komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Bu barədə "Report"a parlamentin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev məlumat verib.

O bildirib ki, hazırda sənəd üzərində İşçi qrup işlər aparır:

"Yeni qanun layihəsinin hazırlanması istiqamətində işlər davam etdirilir. Artıq qanun layihəsi ilə bağlı bir neçə təkliflər İşçi qrupa daxil olub. Həmin təkliflər nəzərdən keçirilir. Hesab edirəm ki, sentyabr ayında İşçi qrupun və yeni qanun layihəsinin komitədə müzakirəsi olacaq. Sənəd bir neçə dəfə komitədə müzakirəyə çıxarılacaq".

Komitə sədri onu da bildirib ki, yeni qanun layihəsində təhsil kreditləri ilə bağlı məsələlər də öz əksini tapacaq:

"Bildiyiniz kimi təhsil kreditləri ilə bağlı ölkə başçısı müvafiq sənəd imzalayıb. Həmin sənəddən irəli gələn məsələlər yeni qanun layihəsində öz əksini tapacaq".

B.Əliyev daha sonra bildirib ki, yaxın günlərdə rəhbərlik etdiyi komitənin ilk iclası keçiriləcək:

"İclasda yaz sessiyasında görülmüş işlər müzakirə olunacaq və komitənin payız sessiyasının işlər planı hazırlanaraq təsdiqlənəcək".

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...