tehsil_xeberleri_metn "Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin növbəti iclası keçirilib

"Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin növbəti iclası keçirilib

Yüksəliş

"Yüksəliş" Təşkilat Komitəsinin növbəti iclası keçirilib.

"Report"xəbər verir ki, iclasda Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, iqtisadiyyat naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, elm və təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Heydər Əliyev Mərkəzinin direktorunun I müavini Adil Kərimli, millət vəkili Ülvi Quliyev, xarici İşlər nazirinin müavini Elnur Məmmədov, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Balakişi Qasımov və “Yüksəliş” müsabiqəsi İşçi qrupunun rəhbəri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev iştirak ediblər.

İclasda birinci “Yüksəliş” Müsabiqəsi qaliblərinin mentorluq proqramının nəticələri və ikinci “Yüksəliş” müsabiqəsinin qarşıda duran mentorluq proqramı geniş müzakirə edilib. İşçi qrup tərəfindən hər iki müsabiqənin nəticələrinin təhlili əsasında hazırlanmış yeni təkliflər komitə üzvlərinə təqdim olunub.

Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. 2021-ci ildə yekunlaşan ilk müsabiqənin 27 qalibi müəyyən edilib. 2022-ci ildə isə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ikinci müsabiqə baş tutub. İyul ayında başa çatan ikinci müsabiqədə 22 qalib müəyyənləşib.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...

Müəllimlərin vahid geyim forması?

Müəllimlərin vahid geyim forması?

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərə bilər.