Zal nəzarətçisi sertifikatı almaq istəyənlər üçün

Zal nəzarətçisi sertifikatı almaq istəyənlər üçün

Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlərlə müsahibə mərhələsinə başlanılıb.

Bu barədə "Report"a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Müsahibələr DİM-in inzibati binasında və regional bölmə mərkəzlərində Mərkəzin məsul əməkdaşları tərəfindən aparılır.

Müsahibə zamanı namizədin psixoloji hazırlığı, ümumi dünyagörüşü, nitqi, və s. zəruri keyfiyyətləri yoxlanılır.

Müsahibənin nəticəsi məqbul və ya qeyri-məqbulla qiymətləndirilir. Namizədlər öz nəticələri ilə bağlı məlumatla namizədin elektron anketinə daxil olaraq tanış ola bilərlər.

Müsahibədən uğurlu nəticə əldə edən namizədlər ümumi intellekt səviyyəsini yoxlayan test imtahanına dəvət ediləcəklər.

Qeyd edək ki, hazırda zal nəzarətçisi sertifikatı əldə etmək üçün 1078 namizəd qeydiyyatdan keçib və müsahibələr davam edir.

Namizədlər müsahibə mərhələsində iştirak etmək üçün aşağıdakı sənədləri təqdim edirlər:

- Namizədin elektron anketi;

- Şəxsiyyət vəsiqəsi;

- Ali təhsil haqqında sənəd (diplom);

- İş yeri haqqında arayış (olduğu təqdirdə);

- Məhkumluq barədə arayış.

  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...

......